Xəbər lenti

Baş katibin Azərbaycana səfərinin tarixi dəyişdirildi
Siyasət09:00 07.05.2014

Baş katibin Azərbaycana səfərinin tarixi dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın mayın 8-də Azərbaycana gözlənilən səfəri növbəti dəfə təxirə salınıb. 

Bu barədə Trend-ə Avropa Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, T.Yaqlandın Azərbaycana səfəri mayın 19-20-nə planlaşdırılır.

Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri gözlənilir.

Qaynar.info