Xəbər lenti

Baş məşqçi futbolçusundan üzr istədi
İdman13:00 24.11.2016

Baş məşqçi futbolçusundan üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsində Polşanın “Leqiya” klubu ilə oyundan (8:4) sonra maraqlı açıqlama verib.

Qaynarinfo.Az xəbər verir ki, o, müdafiəçilərinin səhvi sayəsində 4 qol buraxan komandanın qapıçısı Roman Vaydenfellerdən üzr istəyib:

“Müdafiəçilərin səhvinə görə Romandan üzr istəyirəm. Onun çempionat oyununda daha yaxşı çıxış edəcəyinə inanıram” – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, komandanın əsas qapıçısı Roman Bürki zədəli olduğu üçün “Leqiya” ilə oyunda qapını 36 yaşlı Roman Vaydenfeller qoruyub.

Qaynarinfo.Az