"İran Atom Enerjisi üzrə məxfi sənədləri oğurlayıb və bu sənədlərdən müntəzəm olaraq təhqiqatdan yayınmaq üçün istifadə edib".
Qaynarinfo xəbər verir ki, bu sözləri İsrailin baş naziri N.Bennet öz tvitter səhfəsində yazıb.
Nəşr edilən oğurlanmış gizli sənədlər inglis dilində, həmin sənədlərə İran orqanlarının reaksiyası isə fars dilində olan 15 PDF fayllarında yerləşir.
Məlumata görə, İran bu sənədləri öz yüksək vəzifəli şəxsləri arasında yayaraq, ölkənin nüvə proqramı ilə bağlı sual və narahatlıqlarına dair əvvəlcədən təyin edilmiş cavab və senariləri təqdim edə bilib.
Qeyd edilir ki, bundan öncə 2018-ci ildə İsrail Tehrandakı arxiv mərkəzindən sənədləri götürərək gizli yollarla ölkədən çıxarıb və ABŞ dövlətinə təhvil verə bilib.
Bu sənədlərin bəzilərində İran orqanlarında casuslardan istifadə etməklə bu məxfi hesabatları alıblar və Tehranın nüvə silahı istehsalı üzərində çalışdığına dair sübutları ələ keçirə biliblər.
"Telegraph” həmçinin bəzi ekspertlərə və müstəqil qurumlara, o cümlədən Harvard Universitetinin nəzdində olan Belfer institutuna bu sənədlərə məhdud girişə icazə verib.
Xatırladılır ki, 2019-cu ildə Belfer İnstitutu İranın nüvə proqramının əvvəlkindən daha çox inkişaf etdiyi qənaətinə gəlib.
M.Arif