Xəbər lenti

Baş nazir siyahını təsdiq etdi
Ölkə05:23 25.08.2017

Baş nazir siyahını təsdiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.

"Qaynarinfo" xəbər verir ki, dəyişiklik qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin həmçinin Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən edilib. 

Qərarla “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib. 

Qaynarinfo.Az