Xəbər lenti

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar
Ölkə06:41 14.05.2024

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.
Qaynarinfo-nun məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla Komissiyanın üzvləri sırasına "xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" əlavə edilib.