Xəbər lenti

Baş nazirdən Ronaldoya dəstək
İdman06:00 22.11.2013

Baş nazirdən Ronaldoya dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın baş naziri Mariano Rajoy Kriştiano Ronaldoya dəstək verib. 

Fanat.az xəbər verir ki, baş nazir FIFA-nın "Qızıl top" (Ballon d`Or) mükafatına portuqaliyalı ulduzu layiq gördüyünü bildirib. İspaniya dövlət nazirinə danışan Rajoy "hər zaman "Real" azarkeşi olmuşam. Səs hüququm olsaydı Ronaldonu seçərdim" deyib.

Rajoy Ronaldonun İsveçlə matçdakı çıxışı barədə də danışıb: "İsveçə 3 qol vurdu. Möhtəşəm oyun sərgilədi. Ronaldo meydanda bütün qüvvəsini sərf edən futbolçudu". Baş nazir "Qızıl top" uğrunda Ronaldonun əsas rəqibləri olan Lionel Messi və Frank Riberi barədə də danışıb: "Messi də gözəl mövsüm keçirib. Riberi isə bütün kubokları qazanıb. Çətin seçim olacaq".

Qaynar.info