Yəmənin baş naziri Məhəmməd Basendvaya qarşı sui-qəsd cəhdi olub.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, naməlum silahlılar baş nazirin olduğu maşın karvanına hücum ediblər.
Baş nazirin şəxsi mühafizəçiləri vəpolis hücumun qarşısını alsalar da, silahlılar aradan çıxa biliblər. Yerli polis, baş nazirin və karvanda olanlardan heç kimin yaralanmadığını bildirib.