
Avstraliyanın Brisben şəhərində yerləşən litseylərdən birinə baş çəkən baş nazir Culia Gillardın başına maraqlı hadisə gəlib.
Qaynar.info-nun məlumatına görə, litseydə "yalançı" şüarları ilə Gillardı qarşılayan tələbələr tərəfindən ona sendviç də atılıb. Xoşbəxtlikdən sendviç Gillarda dəyməyərək, onun qarşısına düşüb.
Cangüdənləri tərəfindən əsəbi tələbələrdən uzaqlaşdırılaraq avtomobilinə mindirilib. Baş nazir məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Sendviçi atan tələbə 15 günlük litseydən uzaqlaşdırılıb.
Qaynar.info