Xəbər lenti

Baş nazirin müavini "Sovetski" sakinləri ilə görüşə getdi
Ölkə12:09 18.02.2014

Baş nazirin müavini "Sovetski" sakinləri ilə görüşə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayır.

APA-nın verdiyi məlumata görə, sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşür.
 
Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilir.
 
Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.
 
Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib.

Qaynar.info