Xəbər lenti

Baş Polis İdarəsi: Üç yaşlı Zəhranın axtarışları davam etdirilir
Ölkə08:38 06.06.2019

Baş Polis İdarəsi: Üç yaşlı Zəhranın axtarışları davam etdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.