Xəbər lenti

Baş prokurorluq yanlış qəza xəbəri ilə bağlı məlumat yaydı
Ölkə10:27 09.02.2020

Baş prokurorluq yanlış qəza xəbəri ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılmışdır. 
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O, bildirib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur:
"Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".
Qeyd edək ki, adıçəkilən xəbər bu gün saat 09:40-da həm də Qaynarinfo saytında dərc olunub. Rəhbərliyin araşdırması zamanı məlum olub ki, saytın əməkdaşı xəbəri day.az saytından götürüb. Bu gün adıkeçən xəbər saat 09:04-də day.az saytında dərc olunub, əməkdaş mediametrics reytinq cədvəlində adıkeçən xəbəri görərək, axıra qədər araşdırmadan xəbəri saytda yayımlayıb. Buna görə əməkdaşa ciddi xəbərdarlıq edilib. Yaranan narahatçılığa görə oxuculardan üzr istəyirik.