Xəbər lenti

Baş Prokurorluqda Fərəc Quliyevlə bağlı məsələyə baxıldı
Ölkə17:45 06.02.2020

Baş Prokurorluqda Fərəc Quliyevlə bağlı məsələyə baxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.
Qaynarinfo xəbər verir ki, E.Sultanovun "Facebook" profilində yaydığı məlumatda bildirilir:
"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib".