Xəbər lenti

Baş redaktor haker hücumu ilə bağlı MTN-ə müraciət etdi
Ölkə07:00 11.07.2015

Baş redaktor haker hücumu ilə bağlı MTN-ə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu sayta edilən hücumlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Qaynar.info xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan baş redaktor bildirib ki, dünəndən etibarən sayta edilən total hücumların qarşısını almaq hələ də mümkün olmayıb: 
"Saytın fəaliyyətini bərpa etməyə çalışsaq da, cəhdlərimiz boşa çıxır. Müxtəlif yerlərdən edilən kiberhücumlarla saytı dağıtmağa cəhd edirlər. Bu, açıq şəkildə, cəmiyyətin gözü önündə törədilən cinayətdir.Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. İnanıram ki, bu da "Facebook” profilimin oğurlanması və digər saytlara olunan hücumlarla bağlı edilən müraciətlər kimi gözardı olunmayacaq”.
Qaynar.info