Xəbər lenti

"Bavariya" 13 yaşlı futbolçunu 300 min avroya transfer etdi
İdman13:40 25.03.2022

"Bavariya" 13 yaşlı futbolçunu 300 min avroya transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya nəhəngi "Bavariya" Mönhenqladbax "Borussiya"sından 13 yaşlı hücumçu Mayk Uisdomu 300 min avroya transfer edib.
Qaynarinfo xəbər verir ki, transfer siyasətini dəyişməyə hazırlaşan Münhen təmsilçisi yeniyetmə futbolçu üçün klubuna 300 min avro ödəyib. "Sky Sports”un müxbiri Florian Plettenberqin məlumatına görə, 13 yaşlı istedad "Bavariya”nın U-15 komandasında çıxış edəcək.
Alman komandasının uzun müddətdir izlədiyi Uisdom, perspektiv kimi qiymətləndirilir.
"Münhenqladbax"ın İdman Direktoru Roland Virkus "Bavariya"nın addımını "xoşagəlməz" hesab etsə də, bunun Almaniya futbolunu inkişafında rol oynayacağını bildirib.
Səbuhi Həsənov