Xəbər lenti

"Bavariya"nın baş məşqçisi ölümlə hədələnib
İdman06:54 16.04.2022

"Bavariya"nın baş məşqçisi ölümlə hədələnib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bavariya"nın 34 yaşlı baş məşqçisi Yulian Naqelsmann xoşagəlməz halla üzləşib.
Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalında baş tutan "Vilyareal"la qarşılaşmadan sonra mütəxəssis və onun ailəsi ölümlə hədələnib. Sosial mediada "Bavariya" azarkeşlərindən Naqelsmann və ailəsinə yüzlərlə hədə mesajı gəlib. 
Bununla bağlı məşqçi özü mətbuata açıqlama verib. O, "Bavariya"nın əfsanəsi Karl Haynz Rummeniggenin tənqidlərini qəbul edə biləcəyini deyib. Ancaq hədələrlə bağlı o, "İnstaqramda 450 ölüm təhdidləri ilə yaşaya bilmərəm. Hər şeyi oxumuram, amma tənqidi qəbul edirəm. Nəticədən asılı olmayaraq hər oyundan sonra ölümlə hədələnirəm. Bütün bunları polisə xəbər verə bilərəm, amma bununla da bitməyəcək ki..." - deyərək narahatlığını çatdırıb. 
34 yaşlı çalışdırıcının rəhbərlik etdiyi "Bavariya" Çempionlar Liqasında iki oyunun nəticəsinə əsasən "Vilyarreal"a məğlub olaraq  mübarizəni dayandırıb.
Səbuhi Həsənov