Xəbər lenti

Bayden 225 milyon dollarlıq yeni silah paketini açıqladı və üzr istədi
Dünya11:48 07.06.2024

Bayden 225 milyon dollarlıq yeni silah paketini açıqladı və üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika lideri Co Bayden Fransada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Söhbət 225 milyon dollarlıq silahlardan gedir.
Bu barədə Qaynarinfo CNN-nin müxbirinə istinadən xəbər verir.
"Bayden Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqladı və bunun üçün Zelenski ona təşəkkür etdi”, - CNN müxbiri Nataşa Bertrand yazıb.
Media həmçinin Baydenin Ukraynaya silah qəbulunda aylarla gecikdiyinə görə üzr istədiyini yazıb.
Qeyd edək ki, ABŞ-ın yeni yardımı, medianın məlumatına görə, aşağıdakıları əhatə edəcək:
HIMARS raket artilleriya sistemləri üçün döyüş sursatı;
minaatan sistemləri və artilleriya mərmiləri;
HAWK hava hücumundan müdafiə sistemləri üçün raketlər;
Stinger zenit raketləri;
Javelin və AT-4 tank əleyhinə sistemləri;
155 mm-lik haubitsalar;
zirehli maşınlar;
patrul qayıqları;
partlayıcı maddələr və əlavə ehtiyat hissələri.
Nizami Bağırov