ABŞ prezidenti Co Bayden daha əvvəl Konqres tərəfindən təsdiq edilmiş eynicinsli nikahların federal səviyyədə hüquqi müdafiəsi haqqında qanunu imzalayıb.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, sənədin imzalanması mərasimi Ağ Evin saytında
yayımlanıb.
Bildirilir ki, qanun Demokratlar Partiyası tərəfindən hazırlanıb, lakin onu Nümayəndələr Palatasında 39, Senatda isə 12 respublikaçı dəstəkləyib.
Təşəbbüs eynicinsli nikahların federal olaraq tanınmasını təmin edir və həmçinin bütün ştatlardan belə qanuni nikahları, hətta həmin ştatın özü eynicinsli nikahlara icazə verməsə belə, tanımasını tələb edir.
Eyni zamanda, qanun bütün ştatların öz ərazisində eynicinsli nikahlara icazə verməsini tələb etmir və ştat orqanlarının bu sahədə məhdudiyyətlər qoymasına mane olmur.
Rusiyada isə dekabrın əvvəlində qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatını qadağan edən qanun qəbul edilib. Yeni qanuna görə, sosial şəbəkələrdə, mediada, kinoda, reklamda bu cür təbliğat tamamilə qadağandır. Məsələn, qeyri-ənənəvi cinsi əlaqə və ya üstünlükləri, pedofiliyanı, cinsiyyətin dəyişdirilməsini təbliğ edən film yayım sertifikatı ala bilməyəcək.
Alpər