Xəbər lenti

Bayden Ərdoğanla İsveçin NATO-ya daxil olması və Yaxın Şərq barədə danışdı
Dünya 12:45 15.12.2023

Bayden Ərdoğanla İsveçin NATO-ya daxil olması və Yaxın Şərq barədə danışdı

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub, söhbətin əsas mövzularından biri İsveçin NATO-ya üzvlüyünün başa çatması olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Ağ Evin bəyanatına istinadən məlumat yayıb.

Liderlər "NATO-nun gücləndirilməsinin vacibliyini, o cümlədən İsveçin mümkün qədər tez müttəfiq kimi Alyansa qəbul edilməsinin və Türkiyənin NATO ilə qarşılıqlı fəaliyyətinin daha da yaxşılaşdırılmasının vacibliyini müzakirə ediblər”, - Ağ Evin bəyanatında deyilir.

Həmçinin 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq üçün növbəti təmaslar barədə razılığa gəlinib. 

Yaxın Şərqdəki hadisələri müzakirə edərkən Bayden ABŞ-ın İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiyini vurğulayıb. Liderlər həmçinin Qəzza zolağının mülki əhalisinə humanitar yardımın artırılması, onların müdafiəsi və fələstinlilər üçün "siyasi üfüq”ün yaradılması zərurətini müzakirə ediblər.

"Anadolu” xəbər verir ki, Ərdoğan Qəzzada "insan faciəsinin” mümkün qədər tez dayandırılmasının vacibliyini vurğulayıb və ABŞ-ın qeyd-şərtsiz İsrailə dəstəyini dayandıracağı təqdirdə atəşkəsin tezliklə mümkün olacağını bildirib. Türkiyə lideri bildirib ki, Birləşmiş Ştatlar bölgədə mümkün qədər tez atəşkəsi təmin etməlidir və bu, Vaşinqtonun "tarixi məsuliyyəti”dir.

Ərdoğan həmçinin israr edib ki, o, paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını ən yaxşı həll yolu kimi görür.

Qeyd olunur ki, Türkiyə üçün F-16 məsələsi də müzakirə olunub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->