Xəbər lenti

Bayden:
Dünya 22:24 11.01.2025

Bayden: "Kamala Harris dörd ildən sonra prezidentliyə namizəd ola bilər"

ABŞ-ın vitse-prezidenti Kamala Harris dörd ildən sonra yenidən prezidentliyə namizəd ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Düşünürəm ki, o, dörd ildən sonra yenidən namizəd ola bilər, lakin bu, onun qərarıdır", deyə Bayden qeyd edib.

2024-cü ildə Bayden prezidentlik yarışından çıxmaq qərarına gəldikdən sonra Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub. O, noyabrın 5-də keçirilən seçkidə Donald Trampa uduzuv. Tramp 312 səs, Harris isə 226 səs toplayıb.

Yanvarın 7-də amerikalı jurnalist Cekson Hinkle bildirib ki, Harrisin 2028-ci il prezident seçkilərində qalib gəlmək şansı yoxdur. Jurnalist qeyd edib ki, Demokratlar Partiyası hazırda böhran içindədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->