Dünya 16:45 05.11.2022

Bayden: "Mask bütün dünyaya yalan səpələyən alət alıb"

ABŞ prezidenti Co Bayden bildirib ki, bu yaxınlarda sahibkar İlon Mask tərəfindən satın alınan "Twitter" sosial şəbəkəsi bütün dünyaya yalanlar "səpdirir".

Qaynarinfo xəbər verir ki, Baydenin sözlərini Ağ Evin mətbuat xidmətinə yaxın bir sıra jurnalist öz "Twitter" hesablarında yazıblar.

"İlon Mask çıxıb bütün dünyaya yalan səpələyən alət alır. Amerikada artıq redaktorlar qalmayıb”.

Qeyd edək ki, oktyabrın sonunda Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına, məzmun moderatoru şurası yaradacağına, şura fəaliyyətə başlayana qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə söz verib.

Nizami Bağırov