
Demokrat namizəd Co Bayden ABŞ-da keçirilmiş prezident seçkilərində qalib olacağını açıqlayıb.
Qaynarinfoxəbər verir ki, Demokrat namizəd Pensilvaniya (20 seçici səsi) və Corciya (16 səs) əyalətlərindəki qələbəsinə əmin olduğunu qeyd edib.
"Xüsusi olaraq qürur duyduğum şeylərdən biri Amerikanın hər yerində nə qədər yaxşı işlər görməyimizdir", - Bayden deyib.
O, Amerika vətəndaşlarını səbirli olmağa çağırıb və səslərin sayılmasının ləng getməsinə baxmayaraq, nəticənin "böyük" olacağını deyib. Onun sözlərinə görə, hər bir seçicinin səsi eşidilməlidir.
"Biz rəqib ola bilərik, ancaq düşmən deyilik, - Bayden deyib, - biz amerikalıyıq".
ABŞ prezidentliyinə namizəd artıq dövlət başçısı vəzifəsini alacağı təqdirdə koronavirus böhranını ən başlıca prioritetə çevirməyi planlaşdırdığına söz verib. Bayden ölüləri xilas edə bilməyəcəyini, ancaq yaxın aylarda bir çox insanın həyatını xilas edəcəyini söylədi.
Alpər