Xəbər lenti

Baydenlə Çin lideri nədən danışıb?
Dünya05:26 29.07.2022

Baydenlə Çin lideri nədən danışıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Co Baydenin Çin Xalq Respublikasının sədri Si Szinpin ilə telefon danışığı olub.
Qaynarinfo bu barədə Ağ Evin saytına istinadən xəbər verir.
Zəng iki liderin martın 18-dəki söhbətindən və yüksək səviyyəli ABŞ və ÇXR rəsmiləri arasında bir sıra söhbətlərdən sonra baş tutub.
Hər iki prezident ikitərəfli əlaqələr üçün vacib olan bir sıra məsələləri və digər regional və qlobal məsələləri müzakirə edib və öz komandalarına, xüsusən də iqlim dəyişikliyi və sağlamlığın təhlükəsizliyi məsələlərini diqqətdə saxlamağa davam etməyi tapşırıblar. 
Bayden Tayvanla bağlı Birləşmiş Ştatların siyasətinin dəyişmədiyini, status-kvonu dəyişdirmək və ya Tayvan boğazı boyunca sülh və sabitliyi pozmaq üçün birtərəfli səylərə qəti şəkildə qarşı olduğunu vurğulayıb.
M.Arif