Xəbər lenti

Bayılda dağılan evlərə kompensasiya belə hesablanacaq
Ekonomiks09:44 04.04.2018

Bayılda dağılan evlərə kompensasiya belə hesablanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək".
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".