Xəbər lenti

Bayrağı tapdaladı, 85 min dollar təzminat aldı
Dünya18:40 07.05.2013

Bayrağı tapdaladı, 85 min dollar təzminat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da müəllimə Amerika bayrağını tapdaladığına görə məktəbdən qovulmuşdu

ABŞ-ın Cənubi Karolina ştatında sinif otağında Amerika bayrağını tapdaladığına görə məktəbdən qovulan müəlliməyə 85 min dollar təzminat ödənilib. ANS PRESS-in məıumatına görə, "Chapin" adlı orta məktəblə dərs deyən ingilis dili müəllimi Skot Kompton keçən dekabr ayında dərs zamanı azadlıq mövzusunu müzakirə edərkən ABŞ bayrağını tapdalayıb.

Müəllimin bu hərəkəti tənqidlərə və nəhayət məktəbdən qovulmasına səbəb olub. Komptonun məhkəməyə müraciət etməsindən sonra məktəb ona 85 min dollar kompensasiya və onun vəkilə xərclədiyi 32 min dolları ödəməyə razılıq verib.

Qaynar.info