Xəbər lenti

Bayram günlərinin sayı ilə bağlı RƏSMİ AÇIQLAMA
Ölkə12:07 05.12.2013

Bayram günlərinin sayı ilə bağlı RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı bir həftə qeyri-iş günün olacağı hələ ki məlum deyil.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az saytına bildirib ki, hələlik bununla bağlı rəsmi sənəd yaymayıblar.

“Əmək Məcəlləsinə görə, dekabrın 31-dən yanvarın 2-nə kimi qeyri-iş günüdür. Məcəllədə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi, yanvar ayının ilk iki günü isə Yeni il bayramı kimi qeyri-iş günü elan olunub. Amma bu il neçə gün qeyri-iş günü olacağı ilə bağlı hələ rəsmi qərar yoxdur”.

Qeyd edək ki, mətbuat bayramlarla əlaqədar bir həftə - dekabrına 29-dan yanvarın 4-nə kimi qeyri-iş gününün olacağı haqda xəbərlər yayıb. Akif Əli həmin xəbərləri mətbuatın onlarla dəqiqləşdirmədən yazdığını qeyd edib.  

Qaynar.info