Bakıda bayram günü "zırpaket" (pirotexniki vasitə) atan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Murtuz Ələkbərov Həzi Aslanov metrosunun yaxınlığında, insanların sıx olduğu yerdə "zırpaket" atdığı üçün saxlanılıb.
Murtuz Ələkbərova insanların sıx olduğu yerdə onu partlatmamaq tövsiyyə edilib. Lakin həmin şəxs pirotexniki vasitəni qabından çıxarmağa davam etdirib və polis əməkdaşı ondan bu hərəkətinə son qoymağı yenidən tələb edib.
Murtuz Ələkbərov saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Murtuz Ələkbərov barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub. İnzibati həbsdə saxlanmanın əvvəli 31 dekabr 2024-cü il, saat 22:30-dan hesablanıb.
Aydın
Şərhlər