
Səudiyyə Ərəbistanında it gözəllik yarışması təşkil etmək istəyən iki şəxs nəzarətə alınıb.
Axar.az xəbər verir ki, iki səudiyyəli “Ən gözəl it” yarışması elanını sosial mediada paylaşıb və ilk üçlüyə girən itlərə böyük mükafatlar veriləcəyini bildirib. Yarışmanın Ramazan bayramı günü Ciddədə keçirilməsi planlaşdırılıb.
Lakin islam adətlərinə görə, it “pis heyvan” kimi göstərildiyi üçün sözügedən şəxslər nəzarətə alınıb. Ciddə bələdiyyəsi öz Tvitter hesabında bələdiyyənin belə bir tədbirin keçirilməsinə icazə verməyəcəyi və təşkilatçılara cəza veriləcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanda itlərlə təmas yaratmamaları haqda insanlara xəbərdarlıq edilib.
Qaynarinfo.az