Xəbər lenti

Bayram Kürdəxanının həbsinin əsas səbəbi bilindi
Ölkə08:30 16.07.2014

Bayram Kürdəxanının həbsinin əsas səbəbi bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış meyxanaçı Bayram Kürdəxanının həbs edilməsinin əsas səbəbi ilə bağlı yeni məqam üzə çıxıb.

Sabunçu polisinə yaxın mənbənin Axar.az-a verdiyi məlumata görə, meyxanaçı yaşadığı ərazidə yerləşən Kürdəxanı İstintaq Təcridxanasına narkotik maddə ötürdüyünə görə həbs edilib.

Məlumatlı şəxs əməkdaşımıza deyib ki, meyxanaçı Kürdəxanıda yerləşən İstintaq təcridxanasında türmə qaydaları yaratmağa çalışanlara dəstək verib, təcridxanaya narkotik maddəni də bu səbəblə ötürüb.

Məlumat verən mənbə onu da bildirib ki, Bayram Kürdəxanı indiyə qədər bir neçə dəfə həbsdə olduğundan bu hərəkəti edib.

Qaynar.info