XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bayramov Əraqçi ilə hansı məsələləri müzakirə etdi?
Siyasət10:54 01.09.2026

Bayramov Əraqçi ilə hansı məsələləri müzakirə etdi?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.