Xəbər lenti

Bayraq Günündə “bayraq”sız meydan - FOTOFAKT
Ölkə11:14 09.11.2013

Bayraq Günündə “bayraq”sız meydan - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın üçrəngli bayrağı bu gün Bayraq Meydanında qaldırılmayıb. 

"Qafqazinfo" xəbər verir ki, noyabrın 9-u Dövlət Bayrağı Günü olsa da, Bayraq Meydanı bayraqsız qalıb. Buna səbəb kimi havanın küləkli olması deyilir.

Artıq hadisə ilə bağlı Dövlət Bayrağı Meydanı Kompleks İdarəsinin rəisi də açıqlama verib.

İdarəsinin rəisi Rəşad Məmmədov SalamNews-a bildirib ki, buna səbəb havanın qeyri-sabit keçməsi və küləkli olmasıdır: “Meydan dəniz kənarında yerləşdiyindən və burada hava daha çox küləkli olur. Bu cür küləkli havada Bayraq havaya qaldırıldıqda cırılır. Küləyin sürəti azalarsa, gün ərzində Bayraq meydanda qaldırılacaq”.

Qaynar.info