
Dünya Çelyabinsk vilayətinin istintaq idarəsi Rusiya bayrağı ilə striptiz göstərilməsi barədə KİV-də gedən məlumatlarla bağlı istintaq başlayıb.
Ans press "URA.ru"ya istinadən bildirir ki, hadisə ilə bağlı cinayət işi də başladıla bilər.
Agentliyin məlumatına görə, söhbət Çelyabinskin "İnfanta" şou-baletinin Çebarkulda yerləşən "Uralskie Zori" otelində keçirdiyi tamaşadan gedir. Nəşrin saytında dərc olunmuş fotoşəkildə Rusiya bayrağına bürünmüş qız sonra onu çıxararaq döşəməyə atıb.
Qaynar.info