Xəbər lenti

Bazarlara vergi nəzarəti gücləndirilir (VİDEO)
Video 21:00 26.09.2025

Bazarlara vergi nəzarəti gücləndirilir (VİDEO)

Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.

Oktyabrın 1-dən bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər qüvvəyə minir. Dəyişikliklərə əsasən, bazarlarda icarədarların faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarlarına aid deyil.

Bəzi icarədar satıcılar da bildiribrlər ki, bu qərarla bağlı onlara rəhbərlik tərəfindən xəbərdarlıq edilib.

Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə öz növbəsində icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Bununla yanaşı, bazarlarda süni qiymət artımı da ola bilər.
Millət vəkili onu da əlavə edib ki, süni qiymət artımı hallarının baş verməməsi üçün müvafiq qurumların bazarlarda monitorinqləri gücləndirməsinə ehtiyac var. Çünki uçotun təkmilləşdirilməsində məqsəd qiymətlərin və xərcin artırılması deyil. Uçot sisteminin təkmilləşməsidir və burada da şəffaflığın təmin edilməsi əsasdır.
 
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->