Altay Göyüşovun işdən çıxarılması məsələsinə Bakı Dövlət Universitetindən aydınlıq gətirilib. BDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A.Göyüşov işdən çıxarılmayıb, yayılan xəbərlər həqiqətə uyğun deyil.
Qeyd edək ki, Altay Göyüşov Facebook səhifəsində BDU-dakı işindən çıxarıldığını bildirib. O, BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasının müəllimidir.