Xəbər lenti

BDU səs yazısı yayılan müəllimi işdən çıxardı
Ölkə09:54 20.06.2022

BDU səs yazısı yayılan müəllimi işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Universitetdən Qaynarinfo-ya verilən xəbərə görə, səs yazısı yayılan müəllimin əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus səs yazısı yaylmışdı. Səs yazısında müəllimin birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyilirdi: "İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.
Universitetdən isə məsələnin ciddi araşdırıldığı bildirilmişdi.