Xəbər lenti

Bədən Tərbiyəsi Akademiyasında ölüm hadisəsi
Ölkə10:47 21.02.2014

Bədən Tərbiyəsi Akademiyasında ölüm hadisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında faciəli hadisə baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində qeydə alınıb.

Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev ehtiyatsızlıqdan binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info