Xəbər lenti

BƏƏ Yəməndəki müharibədən geri çəkilir
Dünya07:32 03.07.2019

BƏƏ Yəməndəki müharibədən geri çəkilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirlikləri Yəməndəki müharibədən geri çəkilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" iddia ilə çıxış edib. Məlumata görə, BƏƏ ötən həftələrdə Yəməndəki helikopter və tanklarını, Əl Hudayda limanının yaxınlığında yerləşən yüzlərlə əsgərini geri çəkib. 
Aprel ayında BMT-nin təşəbbüsü ilə tərəflər arasında Stokholm sülh müqaviləsi imzalanmışdı. Razılaşmaya görə, Husilər may ayında Əl Hudayda, Əs-Salif də Ras İsa limanlarını tərk edib.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir. Mübarizə İranın dəstək verdiyi Husilər və koalisiya qüvvələrinin arxa çıxdığı hökumət qüvvələri arasında gedir. BƏƏ koalisiyanın əhəmiyyətli üzvlərindəndir.
Gülşən