Xəbər lenti

Bəhram Bağırzadə mərcdə uduzan jurnalistin başını qırxdı (VİDEO)
Ölkə11:47 03.08.2017

Bəhram Bağırzadə mərcdə uduzan jurnalistin başını qırxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə jurnalist Vüqar Həsənovun başını mərcdə uduzduğu üçün keçəl qırxıb. 

"Qaynarinfo" baku.ws-yə istinadən xəbər verir ki, jurnalist Çempionlar Liqasında "Qarabağ" - "Şerif" qarşılaşmasından öncə bildirib ki, komandamızın növbəti mərhələyə keçəcəyi halda saçını keçəl etdirəcək. 

Jurnalist sözünün üstündə duraraq saçını keçəl etdirib. Onun bərbəri isə Bəhram Bağırzadə olub. Aktyor həmin anları əks etdirən görüntünü videoya çəkib və sosial şəbəkədə yayıb. 

Qeyd edək ki, "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunu 2:1 hesabı ilə məğlub edib. 

Qaynarinfo.Az