Xəbər lenti

Belarus qəfil hərbi təlimlərə başladı
Dünya10:09 04.05.2022

Belarus qəfil hərbi təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Silahlı Qüvvələri qoşunların döyüş hazırlığını yoxlamaq məqsədilə qəfil hərbi təlimlərə başlayıb.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi açıqlamasında deyilib. 
Belarus Rusiyanın yaxın müttəfiqidir. Bir neçə ay əvvəl iki ölkə arasında vahid dövlət yaradılması haqqında razılaşma əldə olunub. 
Rusiya Ukraynaya hücuma başlayanda çox sayda rus hərbi kontigenti Belarus ərazisində yerləşdirilmişdi. Ukraynaya hücumun bir qanadı da bu ölkənin ərazisindən həyata keçirilib. 
"Döyüş hazırlığı yoxlanışı təliminə çox sayda hərbi maşınların cəlb olunması yollarda nəqliyyatın sürətini aşağı sala bilər”, deyə Belarus Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlik təlimlərin Belarusun qonşuları və Avropa üçün heç bir təhlükə törətmədiyini bildirib.
Qeyd edək ki, çərşənbə axşamı Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Rusiyanın Ukraynadakı hərbi əməliyyatını da müzakirə ediblər. 
Nurlan