Xəbər lenti

Belarusda OMON müxalifət qəzetinin bütün tirajını müsadirə etdi
Dünya14:30 13.11.2020

Belarusda OMON müxalifət qəzetinin bütün tirajını müsadirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus OMON-u müxalifətdəki "Narodnaya Volya" qəzetinin redaksiyasına "baş çəkib”. 
Qaynarinfo qəzetin müxbiri Marina Koktışın sözlərinə istinadla xəbər verir ki, əsgərlər heç bir səbəb göstərmədən, bütün tirajı müsadirə ediblər.
Koktış "Facebook”da bundan əvvəl sənədsiz naməlum şəxslərin redaksiyaya gəldiyini yazıb. Eyni zamanda, qəzetin tirajını gətirən sürücünü və daha iki könüllü saxlanılıblar.
Daha sonra Koktış OMON-un bütün tirajı müsadirə etdiyini qeyd edib. "Heç bir sənəd yox, heç bir əsas yoxdur, sadəcə gəlib hər şeyi götürdülər", - Koktış deyib.