Dünya 15:19 25.01.2023

Belarusda qırıcılar səmaya qalxdı, bütün Ukraynada hava xəbərdarlığı elan edildi

Bütün Ukraynada hava xəbərdarlığı elan edilib. Belarusiyada təyyarələr səmaya qaldırılıb.

Qaynarinfo "Belaruska Qayun”  monitorinq qrupunun məlumatına istinadla xəbər verir ki, A-50U uzaqmənzilli radar aşkarlayan və idarə edən təyyarə səmaya qaldırılıb, onun köməyi ilə rus işğalçıları hücumlar üçün hədəfləri müəyyənləşdirirlər.

Bundan sonra Kinjal hipersəs raketlərinin potensial daşıyıcısı olan MiQ-31K havaya qalxıb. Daha sonra düşmən səmaya daha bir MiQ-31K, eləcə də müşayiət edən qırıcılar qaldırıb.

09:30 Rusiya Hərbi Hava Qüvvələrinin üçüncü MiQ-31K təyyarəsi havaya qalxıb.

10:55 Ukraynada hava hücumu xəbərdarlığı ləğv edilib, iki MiQ-31K Belarusa eniş edib.

Alpər