Pilotsuz uçan aparat Belqorodda Popov küçəsindəki mənzilin pəncərəsinə çırpılıb, sakinlər təhlükəsiz yerə aparılıb.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu haqda şəhər meri Valentin Demidovməlumat
yayıb.
"İndi mən Popov küçəsində hadisə yerindəyəm. Budur, PUA mənzil pəncərəsinə çırpılıb. İnsanlar təhlükəsiz yerə aparıldı. Xüsusi xidmət orqanları öz işlərini görərkən onlara oteldə yerləşmək təklif edilib", - Belqorodun rəhbəri Teleqram kanalında yazıb.
Bundan əvvəl qubernator Vyaçeslav Qladkov bazar ertəsi günü Belqorodda üç dronun düşməsi nəticəsində yaxınlıqda yerləşən evlərin pəncərələrinin qırıldığını, avtomobillərin zədələndiyini bildirib.
"Əməliyyat xidmətləri bütün halları müəyyənləşdirir. Əsas odur ki, heç kim xəsarət almayıb. Sabah zədələnmiş əmlakın bərpasına başlayacağıq", - şəhərin meri əlavə edib.
Alpər