Xəbər lenti

Bərzani referendumun nəticəsini təxirə saldı
Dünya07:21 25.10.2017

Bərzani referendumun nəticəsini təxirə saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraq Kürd Bölgə İdarəsinin rəhbəri Məsud Bərzani yeni təkliflə çıxış edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, açıqlamada sentyabrda keçirilən müstəqillik referendumunun nəticəsinin təxirə salındığı deyilir. Addımın məqsədi İraq höküməti ilə dialoq prosesinin start götürməsidir. Bundan əlavə, kürd bölgəsi atəşkəs elan edəcəyini, bütün hərbi əməliyyatların dayandırılacağını deyib. 
Qeyd edək ki, Kürdüstanın yaradılmasını hədəfləyən referendum bölgə ölkələri, həmçinin dünya nəhəngləri tərəfindən narazılıqla qarşılanıb. Referendumdan sonra İraq ordusu mübahisəli bölgələrə daxil olaraq hakimiyyətini bərqərar edib.
Gülşən
Qaynarinfo.Az