Xəbər lenti

Bəşər Əsəd üçün vuruşan rus komandosları - FOTOLAR
Dünya08:22 19.11.2013

Bəşər Əsəd üçün vuruşan rus komandosları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Bəşər Əsəd ordusu üçün vuruşan rus komandoslarının görüntüləri ortaya çıxıb.

Qaynar.info
xəbər verir ki, bu barədə Rusiyanın "Fontanka" qəzeti "Slavyan korpusu"nun sonuncu döyüşü" adlı məqaləsində məlumat verib.

Qəzet rus kəşfiyyat mənbələrinə istinadən verdiyi xəbərdə əksəriyyəti rus ordusu və FTX-nin (FSB) təqaüddə olan zabitlərindən ibarət olan komandosların Suriyanın Tartus və Lazkiye şəhərlərində vuruşduğunu bildirib. Bu iddiaların təsdiqlənməsi üçün 276 nəfər komandosun Suriyada çəkdirdikləri fotolar yayımlanıb.

İddiaya görə, ordudan və FTX-dən tərxis olunan əsgərlər "Slavonic Corps" adını verdikləri şirkəti Sankt-Peterburqda yaradıblar. Bu şirkətin ilk müştərisi də Bəşər Əsəd olub. Əsəd bu əsgərlərin hər birinə ayda 4 min dollar ödəyir.

Qaynar.info