Xəbər lenti

Bəşər tarixində ilk: Çin peyki Ayın əks tərəfində
Dünya07:10 31.12.2018

Bəşər tarixində ilk: Çin peyki Ayın əks tərəfində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 30-da Çinin "Çanye-4” kosmik aparatı Ayın əks tərəfinə enişlə bağlı tapşırığı icra etmək üçün təlimata uyğun orbitə çıxıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Kosmik Agentliyi məlumat yayıb. "30 dekabr 8:55-də "Çanye-4” uğurla Ayın orbitinə çıxış edərək, Ayın əks tərəfinə eniş üçün planlaşdırılmış kursa daxil olub”, - məlumatda deyilib.
12 dekabr tarixində "Çanye-4” Ayın orbitinə daxil olduqdan sonra Pekindəki idarəetmə mərkəzi aparatın kursuna düzəliş edərək, 4 dəfə aparatla "Çyueçyo” peyki arasındakı əlaqəni sınaqdan keçirib. Eyni zamanda çəkiliş alətləri və bir sıra funksiyalar yoxlanılıb.
Xatırladaq ki, dekabrda fəzaya buraxılan "Çanye - 4” bəşər tarixində ilk dəfə Ayın əks səmtinə enməlidir.