Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutub.
"Beşiktaş" öz meydanında "Kasımpaşa"ya böyük hesabla uduzaraq avrokubok mübarizəsində işini çətinləşdirib. "Sivasspor" isə "Alanyaspor"dan üstün olub.
Türkiyə Super Liqası
34-cü tur
25 aprel
Beşiktaş – Kasımpaşa 0:3
Qollar: Muleka, 28, 82, Ben Uanes, 45+1
Sivasspor – Alanyaspor 1:0
Qol: Fesal, 52