Betelgeys - Orion bürcünün ikinci parlaq ulduzudur. Son vaxtlara qədər o, səmada ən parlaq onlardan biri idi, ancaq 2019-cu ilin sentyabr ayından etibarən sürətlə solmağa başlayıb. Mütəxəssislərin fikrincə, Betelqeys parlaqlığını, demək olar ki, 25% itirib. Bəzi elm adamları bunu ulduzun mümkün sürətli partlaması ilə əlaqələndirsilər də, lakin sonradan onun solğunlaşması azalıb və adi parlaqlığının 97% -ni bərpa edib.
Qaynarinfo xəbər veri ki, bu haqda Amerika Dəyişən Ulduzlar Müşahidəçilər Birliyinin (AAVSO) məlumatında deyilir.
Betelgeys dəyişkən ulduzlara aiddir, buna görə onun parlaqlığında dalğalanmalar çox baş verir. Bu ulduzun parlaqlığı dövri olaraq dəyişir. Dövrlərdən biri 420 gün, digəri beş və ya altı il, üçüncüsü 100-180 gün davam edir. Dövrlərin çoxu proqnozlaşdırıla biləndir, amma son hadisələr ümumi qaydalara uyğun gəlmir.
Çox güman ki, ulduz nəhəng qaz və toz buludu püskürüb və bu ulduzun qarşısında genişlənərək Betelgeysin işığının bir hissəsini görünməz edərək parlaqlığını azaldıb.
Qeyd edək ki, Betelgeys təkamülünün son mərhələsindədir. Növbəti 100.000 ildə ulduzun fövqəlyeniyə çevriləcəyinə inanılır. Bu baş verəcəyi vaxt Betelgeys Günəşdən və Aydan sonra göyün üçüncü parlaq obyekti olacaq. Bəzi hesablamalara görə, Betelgeys hətta parlaqlıqda Ayı üstələyə bilər. Partlayışdan təxminən üç il sonra parlaqlığı indiki səviyyəsinə enəcək və altı ildən sonra Betelgeys yox olacaq.
Alpər