Xəbər lenti

Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanıldı
Dünya10:53 27.03.2016

Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sverdlovsk vilayətində "Axtarış" dövlətlərarası əməliyyatı zamanı cinayət törətməkdə şübhəli bilinən 250 nəfər saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin məlumatında bildirilir.
Saxlanılanlar arasında beynəlxalq axtarışda olan 9 MDB ölkəsi vətəndaşı, o cümlədən bir azərbaycanlı da var. Əməliyyatçılar tərəfindən tutulan Azərbaycan vətəndaşı sağlamlığa qəsdən yüngül xəsarət yetirməkdə şübhəli bilinir.
Əməliyyat 16-17 mart tarixlərində aparılıb. (Report)
Qaynar.info