Xəbər lenti

Beynəlxalq donor konfransı Ukrayna üçün 6.5 milyard dollar topladı
Dünya08:03 06.05.2022

Beynəlxalq donor konfransı Ukrayna üçün 6.5 milyard dollar topladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Varşavada Ukrayna üçün maliyə yığan beynəlxalq donorlar konfransı 6.5 milyard dollar toplayıb.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Polşa baş naziri Mateuş Moravietski bildirib.
Polşa və İsveç tərəfindən ev sahibliyi edilən konfrans Rusiya işğalı səbəbilə Ukraynanın iqtisadi və humanitar böhranla mübarizəsinə yardım məqsədilə Avropa Şurası və Avropa Komissiyası prezidentlərinin birgə iştirakı ilə keçirilib.
Tədbirin sonunda Polşa baş naziri Mateuş 7 milyard dollardan artıq maliyə yığıldığını bildirib.
Fransa, Finlandiya, Çexiya, Xorvatiya və digərləri Ukraynaya iqtisadi və hərbi yardım üçün bir milyon avro söz veriblər.
Avropa Komissiyası isə Ukraynalı məcburi köçkünlər üçün 200 milyon avro maliyə ayırdığını bildirib.
Avropa Komissiyasının rəhbər Ursula Von der Leyen müharibə başlayandan komissiyanın Ukraynaya yardım üçün 4 milyard dollar təmin etdiyini bildirib.
Avropa Şurası prezidenti Şarl Mişel Ukraynada dövlətin fəaliyyətini davam etdirə bilməsi üçün ciddi maliyəyə ehtiyacı olduğunu bildirib. Beynəlxalq Valyuta Fondu bu məbləğin aylıq 5 milyard avro olduğunu deyib.
"Biz praktiki kömək etmək - tibb bacılarının, həkimlərin və müəllimlərin vaxtında maaş almalarını və Ukraynanın fəaliyyətini davam etdiməsinə əmin olmaq üçün üçün çox şey etməliyik”,- Mişel deyib.
Ukrayna baş naziri Denis Şmiqal bildirib ki, müharibə başlanğıcından bu günə qədər Ukrayna silah və maliyə yardımı formasında 12 milyard dollar yardım alıb. 
Nurlan Hüseynov