Təmir işləri ilə əlaqədar noyabrın 5-də saat 09:00-dan 18:00-dək Bakının bəzi qəsəbələrində və bir neçə rayonda qaz olmayacaq
Ölkənin bəzi rayonlarında, eləcə də Bakı şəhərinin bir neçə qəsəbəsinə təbii qazın verilməsində fasilələr olacaq. ANS PRESS-in Azəriqaz İstehsalat Birliyinin saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 5-də saat 09:00-dan 18:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 10:00-dan Xəzər rayonunun Mərdəkan, Şüvəlan və Zirə qəsəbələrinə, saat 10:00-dan 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək İsmayıllı, Qazax və Qobustan rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Tərtər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.