Xəbər lenti

Biabırçılıq, yoxsa özbaşınalıq? - FOTO
Ölkə05:23 23.08.2013

Biabırçılıq, yoxsa özbaşınalıq? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda onlarla insanın taleyi uşağa tapşırıldı Bakı şəhərinin sərnişin avtobusunda özbaşınalıq olub.
İnsanların həyatı bahasına başa gələcək bu özbaşınalığı Milli.Az-ın əməkdaşı çəkib.
Avqustun 21-də saat 14 radələrində 193 saylı xətt avtobusunu 13-14 yaşlı uşaq idarə edirdi. Həmin şəxsin konduktor olduğunu və hərdən sürücüyə kömək etdiyini öyrəndik.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a bildirildi ki, qeyd olunan məsələ ilə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat veriləcək.
“Bakısərnişinnəqliyyat” Departamentindən Milli.Az-a bildirildi ki, məsələ ilə bağlı həmin xətt avtobusunun sahibkarı çağırılaraq işə aydınlıq gətiriləcək.
Qaynar.info